Rusiyada erməni əsilli deputat mandatdan məhrum edilib

Rusiyada erməni əsilli deputat mandatdan məhrum edilib Bakı. 22 may. REPORT.AZ/ Rusiyanın Sverdlovsk Vilayəti Dumasının erməni əsilli deputatı Armen Karapetya mandatdan məhrum edilib.
Region
22 May , 2018 16:10
Rusiyada erməni əsilli deputat mandatdan məhrum edilib
0 : 00
0 : 00

Bakı. 22 may. REPORT.AZ/ Rusiyanın Sverdlovsk Vilayəti Dumasının erməni əsilli deputatı Armen Karapetya mandatdan məhrum edilib.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb onun öz gəlirlərini gizlətməsi olub.

A.Karapetyan 2016-cı il üzrə illik gəlirinə dair bəyannamədə 2 övladını və onların adına olan əmlakı göstərməyib. 

Onun deputat səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinə dair qərarın lehinə 42, əleyhinə bir deputat səs verib. Bir deputat isə bitərəf qalıb, biri isə səsvermədə iştirak etməyib. 

A.Karapetyan deputat mandatından məhrum edilməsi ilə razı olmadığını bildirib və qərarı özbaşınalıq kimi qiymətləndirib. 

Son xəbərlər

Orphus sistemi