Rusiyada daha 139 nəfər pandemiyanın qurbanı olub

Rusiyada daha 139 nəfər pandemiyanın qurbanı olub Rusiyada son bir gündə daha 5 204 nəfərə COVID-19 diaqnozu qoyulub
Region
5 Avqust , 2020 11:48
Rusiyada daha 139 nəfər pandemiyanın qurbanı olub

Rusiyada son bir gündə daha 5 204 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 866 627 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 139 nəfər artaraq 14 490-a yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 669 026 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 687 nəfər.

Son xəbərlər

Orphus sistemi