Rusiyada daha 1 221 nəfər koronavirusdan ölüb

Rusiyada daha 1 221 nəfər koronavirusdan ölüb Rusiyada son bir gündə daha 33 389 nəfərə COVID-19 diaqnozu qoyulub
Region
2 Dekabr , 2021 12:32
Rusiyada daha 1 221 nəfər koronavirusdan ölüb

Rusiyada son bir gündə daha 33 389 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 9 703 107 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 1 221 nəfər artaraq 277 640-a yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 8 400 117 nəfər sağalıb.

Son xəbərlər

Orphus sistemi