Rusiyada COVID-19-a yoluxanların gündəlik sayı azalıb

Rusiyada COVID-19-a yoluxanların gündəlik sayı azalıb Rusiyada son sutkada koronavirusa təsdiq olunmuş yoluxma sayı daha 35 681 nəfər artıb. Bu isə oktyabrın 24-dən sonra ən aşağı göstəricidir.
Region
22 Noyabr , 2021 13:29
Rusiyada COVID-19-a yoluxanların gündəlik sayı azalıb

Rusiyada son sutkada koronavirusa təsdiq olunmuş yoluxma sayı daha 35 681 nəfər artıb. Bu isə oktyabrın 24-dən sonra ən aşağı göstəricidir.

Bununla da, yoluxanların ümumi sayı 9 366 839 nəfərə yüksəlib.

Bu barədə “Report” Rusiyanın Operativ Qərargahına istinadən xəbər verir.

Bununla yanaşı, ölkədə gün ərzində COVID-19-a yoluxmuş 1 241 nəfər ölüb, bununla da Rusiyada bu səbəbdən ölənlərin ümumi sayı 265 336 nəfərə çatıb.

Gün ərzində Rusiyada koronavirusa yoluxmuş daha 28 713 nəfər sağalıb və bu baxımdan ümumi say 8 053 643 nəfərə çatıb.

Son xəbərlər

Orphus sistemi