Rusiyada blindajda yanğın olub, 6 hərbçi ölüb

Region
  • 20 fevral, 2023
  • 12:04
Rusiyada blindajda yanğın olub,  6 hərbçi ölüb

Rusiyanın Kursk vilayətində blindajda baş verən yanğın nəticəsində 6 hərbçi ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, hadisə vilayətin Sucan rayonunun Ulanok kəndində qeydə alınıb.

Blindajda olan 7 hərbçidən 6-sı ölüb.

Hadisənin səbəbi barədə hələ məlumat yayılmayıb.