Rusiyada bir gündə koronavirusa 10 minə yaxın yoluxma qeydə alınıb

Rusiyada bir gündə koronavirusa 10 minə yaxın yoluxma qeydə alınıb Rusiyada son bir gündə koronavirusa 9 709 yoluxma qeydə alınıb.
Region
17 May , 2020 12:08
Rusiyada bir gündə koronavirusa 10 minə yaxın yoluxma qeydə alınıb

Rusiyada son bir gündə koronavirusa 9 709 yoluxma qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Koronavirusun Yayılması ilə Mübarizə üzrə Operativ Qərargahı məlumat yayıb.

Qeyd edilir ki, mayın 1-dən etibarən ardıcıl iki gündür ölkədə koronavirusa gün ərzində 10 minə yaxın yoluxma qeydə alınıb.

Bununla da Rusiya Federasiyasının bütün regionlarında koronavirusa yoluxanların sayı 281 752 nəfərə çatıb. 

Məlumata görə, birgünlük yoluxma artımı 3,6% təşkil edib. Ötən gün bu rəqəm 3,5% olub. 

Son xəbərlər

Orphus sistemi