Rusiyada COVID-19-a yoluxanların sayı 396 575 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə ölkənin Koronavirusun yayılması ilə mübarizə üzrə Operativ Qərargahı məlumat yayıb.
Qeyd edilir ki, son sutkada koronavirusa 8 950-dən çox yoluxma qeydə alınıb.
"Rusiyada son gün ərzində COVID-19 infeksiyasına təsdiq edilmiş yoluxma halları 8 952-dir və 83 regionda kliniki təzahürü olmadan 3 747 (41,9%) yoluxma aşkarlanıb", - xəbərdə deyilir.
Əlavə edilir ki, ölkənin 83 regionunda ümumilikdə 396 575 yoluxma halı qeydə alınıb.
Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.