Rusiyada bir gündə eyni yolda 6 nəfər yol qəzalarında ölüb

Rusiyada bir gündə eyni yolda 6 nəfər yol qəzalarında ölüb Rusiyanın Kabarda-Balkar Respublikasında ağır yol qəzası baş verib.
Region
30 Sentyabr , 2021 01:42
Rusiyada bir gündə eyni yolda 6 nəfər yol qəzalarında ölüb

Rusiyanın Kabarda-Balkar Respublikasında ağır yol qəzası baş verib.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Qeyd olunub ki, hadisə Baksan rayonu ərazisində, Qafqaz magistral yolunun 432-ci km-də qeydə alınıb.

Belə ki, “QAZel” markalı kiçik tutumlu yük avtomobili ilə “Toyota” markalı avtomobil toqquşub. Nəticədə dörd nəfər ölüb, üç nəfər yaralanıb.

Bu artıq Qafqaz magistralında gün ərzində qeydə alınan ikinci yol qəzasıdır. Belə ki, bir neçə saat bundan əvvəl, yolun 424-cü km-də üç avtomobil toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, daha 3 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi