Rusiyada bir ailənin 5 üzvü yol qəzasında ölüb

Rusiyada bir ailənin 5 üzvü yol qəzasında ölüb Rusiyanın Həştərxan vilayətinin Yenotayevsk rayonunda “KamAZ” markalı yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər ölüb.
Region
26 İyul , 2021 12:29
Rusiyada bir ailənin 5 üzvü yol qəzasında ölüb

Rusiyanın Həştərxan vilayətinin Yenotayevsk rayonunda “KamAZ” markalı yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər ölüb.

“Report” xəbər verir ki, məlumatı Rusiya Daxili İşlər Nazirliyinin Həştərxan vilayəti üzrə Baş İdarəsi yayıb.

Bildirilib ki, “KIA Sportage” və “KamAZ” Yenotayevsk rayonunun Kopanovka kəndində toqquşub. Minik maşını tamamilə yanıb.

Hadisə nəticəsində “KIA”dakı bir ailənin 5 üzvü - 1974-cü il təvəllüdlü ata, 1984-cü ildə anadan olan ana, onların 18 yaşlı qızı, 2003 və 2011-ci illərdə anadan olan iki oğulları da vəfat edib.

Faktla bağlı cinayət işi başlayıb.

Son xəbərlər

Orphus sistemi