Rusiyada kafedə 15 nəfərin ölümünə səbəb olan yanğın törədən şəxs tutulub - YENİLƏNİB-2
- 05 noyabr, 2022
- 09:37
Rusiyanın Kostroma şəhərində kafedə 15 nəfərin ölümünə səbəb olan yanğın törətməkdə şübhəli bilinən şəxs tutulub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Saxlanılan şübhəlinin kimliyi açıqlanmayıb.
10:45
Rusiyanın Kostroma şəhərində kafedə baş verən yanğın nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə regional Fövqəladə Hallar Xidmətindən bildirilib.
09:45
Rusiyanın Kostroma şəhərində “Poliqon” adlı kafedə baş verən yanğın nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə regional Fövqəladə Hallar Xidmətindən bildirilib.
İlkin məlumata görə, yanğın porotexnikadan istifadə nəticəsində baş verib: “Yanğın ov fişəngi havaya buraxıldıqdan sonra başlayıb”.
Fişəngi atan şəxs axtarışa verilib.
08:08
Rusiyanın Kostroma şəhərində yerləşən əyləncə mərkəzlərinin birində baş verən güclü yanğın beş nəfərin ölümünə səbəb olub.
Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.
Yanğın noyabrın 5-nə keçən gecə baş verib və 3,5 min kvadratmetr ərazini əhatə edib.
Yanğına beş ballıq şkala ilə 3-cü dərəcəli çətinlik dərəcəsi verilib.