Rusiyada ağır yol qəzası baş verib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə Nijeqorodsk vilayətində qeydə alınıb.
Balaxninsk rayonunda sərnişin avtobusunun aşması nəticəsində 25 nəfər xəsarət alıb. Yaralılardan bəzilərinə tibbi yardım göstərilib.
Qeyd edilir ki, hadisəyə sürücünün avtobusa idarəetməni itirməsi səbəb olub. Nəticədə avtobus küvetə (şose kənarındakı xəndək) aşıb.
Rusiya