Rusiyada bank qarət edilib

Rusiyada bank qarət edilib Rusiyanın Sankt-Peterburq şəhərində naməluma şəxs banka silahlı basqın edib.
Region
28 İyul , 2020 22:49
Rusiyada bank qarət edilib

Rusiyanın Sankt-Peterburq şəhərində banka silahlı basqın edilib.

“Report” xəbər verir ki, bu barədə RİA “Novosti”yə hüquq mühafizə orqanlarındakı mənbə bildirib.

Qeyd olunub ki, naməlum şəxs silahla Vasilyevski adasının Bolşoy prospektində yerləşən maliyyə və kredit təşkilatının ofisinə daxil olub. O, bank işçilərini hədələyib, kassadakı pulları oğurlayaraq hadisə yerindən qaçıb.

Oğurlanan pulların miqdarı hələ açıqlanmayıb.

Qarət zamanı heç kim xəsarət almayıb. Hazırda cinayətkarın tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi