Rusiyada atışma törədən şəxs saxlanıldı, xəsarət alanlar var - YENİLƏNİB

Rusiyada atışma törədən şəxs saxlanıldı, xəsarət alanlar var - YENİLƏNİB Rusiyanın Yekaterinburq şəhərində atışma olub.
Region
30 May , 2021 21:40
Rusiyada atışma törədən şəxs saxlanıldı, xəsarət alanlar var - YENİLƏNİB

Rusiyanın Yekaterinburq şəhərində sakinlərə atəş açan şəxs saxlanılıb.

Bu barədə "Report" Rusiya mətbuatına istinadən xəbər verir.

Onun keçmiş polis əməkdaşı olduğu bildirilir. Məlumata görə, cinayətkar saxlanılma zamanı müqavimət göstərib.

Rusiyanın bəzi mətbu orqanları hadisəni törədən şəxsin Sergey Bokov olduğunu bildiriblər. Məlumata görə, o, əvvəllər də məhkumluq həyatı yaşayıb. S.Bokov 20 il əvvəl - 2001-ci ildə 1 nəfəri qətlə yetirib.

Qeyd edək ki, hadisə Borodin küçəsində qeydə alınıb. Atışma zamanı azyaşlı qız və Rusiya Milli Qvardiyasının əməkdaşı yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

21:15

Rusiyanın Yekaterinburq şəhərində atışma olub.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin saytında bildirilir.

Məlumata görə, atışma zamanı qız və Rusiya Milli Qvardiyasının əməkdaşı yaralanıb. Nazirlik bildirib ki, naməlum kişi Borodin küçəsində evlərdən birində atəş açıb.

"Nəticədə qız (onun şəxsiyyəti müəyyənləşdirilib) və Rusiya Qvardiyasının əməkdaşı yaralanıblar, onlara tibbi yardım göstərilir", - xəbərdə deyilir.

Son xəbərlər

Orphus sistemi