Rusiyada ağır yol qəzasında 3 nəfər ölüb, 13 şəxs yaralanıb

Rusiyada ağır yol qəzasında 3 nəfər ölüb, 13 şəxs yaralanıb Rusiyanın Yuqra şəhərində sərnişin avtobusunun iştirakı ilə baş verən qəzada 13 nəfər xəsarət alıb, 3 nəfər ölüb.
Region
24 Mart , 2024 11:14
Rusiyada ağır yol qəzasında 3 nəfər ölüb, 13 şəxs yaralanıb

Rusiyanın Yuqra regionunda sərnişin avtobusunun iştirakı ilə baş verən qəzada 13 nəfər xəsarət alıb, 3 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə Yuqra Səhiyyə Departamentinin direktoru Aleksey Dobrovolski öz teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, avtobusun “Niva” markalı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində 13 nəfər yaralanıb, 3 nəfər ölüb. Ölənlər minik avtomobilində olan şəxslərdir.

Qəzanın baş vermə səbəbi araşdırılır.

Son xəbərlər

Orphus sistemi