Rusiyada itkin düşmüş 8 turist tapılıb
- 18 aprel, 2022
- 06:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiyanın Sverdlovsk vilayətində itkin düşən turistlər tapılıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi yayıb.
Bildirilib ki, turistlər sağ-salamatdır.
10:32
Rusiyanın Sverdlovsk vilayətində 8 nəfərdən ibarət turist qrupu çayda üzərkən itkin düşüb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi yayıb.
Məlumata görə, aprelin 18-də yerli vaxtla gecə saatlarında Böyük Şiş və Çusov çayında üzən 8 nəfərlik turist qrupu təyin olunan yerə vaxtında çatmayıb.
Bildirilib ki, hadisə yerinə Bervouralsk 10-cu axtarış-xilasetmə əməliyyat qrupu və polis əməkdaşları göndərilib, amma həmin ərazidə turistlərin izi müşahidə edilməyib.
Məlumata görə, turist qrupu Fövqəladə Hallar Nazirliyində qeydə alınmayıb.
İtkin düşmüş sayılan turistlərin axtarışına 22 nəfər heyət və 10 xüsusi texnika cəlb olunub.