Rusiyada 186 tibb işçisi koronavirusdan ölüb

Rusiyada 186 tibb işçisi koronavirusdan ölüb Rusiyada koronavirusdan ölən hər 15 nəfərdən biri tibb işçisidir.
Region
165
19 May , 2020 16:09
Rusiyada 186 tibb işçisi koronavirusdan ölüb
0 : 00
0 : 00

Rusiyada koronavirusdan ölən hər 15 nəfərdən biri tibb işçisidir. 

“Report” “Mediazona”ya istinadən xəbər verir ki, Rusiya həkimləri tərəfindən koronavirusdan ölən həmkarlarının xatirəsinə yaradılan “Xatirə siyahısı” layihəsində onların adları yazılıb.

Bildirilib ki, jurnalistlər siyahıdakı 222 addan 186-nın tibb işçisi olduğunu  təsdiqləyib. Ölən səhiyyə işçilərindən 16-sı Moskva ətrafının, 14-ü isə Sankt-Peterburqun sakinləridir.

Məlumata görə, ölkə üzrə COVID-19-dan azı 186 tibb işçisi ölüb. Başqa sözlə, pandemiya nəticəsində ölənlərin ümumi sayının 7 faizi onların payına düşür.

Qeyd edək ki, Rusiyada COVID-19-a yoluxanların sayı 299 941 nəfərə çatıb. Virusdan ölənlərin sayı isə 2 837-yə yüksəlib.

Son xəbərlər

Orphus sistemi