Rusiya yoluxanların sayına görə Çini ötdü

Rusiya yoluxanların sayına görə Çini ötdü Rusiyada son bir gündə 6 198 nəfərə koronavirus diaqnozu qoyulub.
Region
27 Aprel , 2020 11:53
Rusiya yoluxanların sayına görə Çini ötdü
0 : 00
0 : 00

Rusiyada son bir gündə 6 198 nəfərə koronavirus diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Bununla da Rusiyada yoluxanların sayı 87 147 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə 50 nəfər artaraq 794-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 7 346 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 2 871.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 996 000-i ötüb. Bunların 881 903 nəfəri sağalıb, 207 024 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi