Rusiya XİN: "Ukrayna-Azərbaycan əlaqələri onların suveren hüquqlarına aiddir"

Rusiya XİN: "Ukrayna-Azərbaycan əlaqələri onların suveren hüquqlarına aiddir" Müxtəlif ölkələrin, o cümlədən Ukrayna ilə Azərbaycanın ikitərəfli əlaqələr qurması onların suveren hüquqlarına aiddir, mühüm məsələ bunun üçüncü tərəfə qarşı yönəlməməsidir.
Region
20 Yanvar , 2022 13:46
Rusiya XİN: Ukrayna-Azərbaycan əlaqələri onların suveren hüquqlarına aiddir

"Müxtəlif ölkələrin, o cümlədən Ukrayna ilə Azərbaycanın ikitərəfli əlaqələr qurması onların suveren hüquqlarına aiddir, mühüm məsələ bunun üçüncü tərəfə qarşı yönəlməməsidir".

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Prezident İlham Əliyevin Ukraynaya son səfərinə münasibət bildirərkən deyib.

“Biz özümüz başqa ölkələrlə əlaqə qurarkən bu təməl prinsipi əsas götürür, tərəfdaşlarımızdan da eyni mövqeyə riayət etmələrini gözləyirik”,  – o bildirib.

M.Zaxarova xatırladıb ki, Prezident İlham Əliyevin Ukraynaya səfəri yanvarın 18-də Azərbaycan tərəfinin təşəbbüsü ilə keçirilmiş Rusiya-Azərbaycan liderlərinin telefon söhbətində müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi