Rusiya XİN: “Üçtərəfli razılaşmaların həyata keçirilməsi Cənubi Qafqazda sülhün təminatıdır”

Rusiya XİN: “Üçtərəfli razılaşmaların həyata keçirilməsi Cənubi Qafqazda sülhün təminatıdır” Cənubi Qafqazda sülhün ən yaxşı təminatı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin əldə etdikləri üçtərəfli razılaşmaların prinsiplərindən istifadə edilməsidir.
Region
31 Yanvar , 2024 14:54
Rusiya XİN: “Üçtərəfli razılaşmaların həyata keçirilməsi Cənubi Qafqazda sülhün təminatıdır”

Cənubi Qafqazda sülhün ən yaxşı təminatı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin əldə etdikləri üçtərəfli razılaşmaların prinsiplərindən istifadə edilməsidir.

"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

“Əminik ki, Cənubi Qafqazda sabitliyin və uzunmüddətli sülhün bərqərar olmasının ən yaxşı təminatı 2020-2022-ci illər arasında bağlanmış ən yüksək səviyyədə üçtərəfli razılaşmalar kompleksinin icrasının tezliklə bərpa olunmasıdır”, - o bildirib.

M.Zaxarovanın sözlərinə görə, bu razılaşmalara Bakı və İrəvan arasında barışıq üçün alternativ olmayan yol xəritəsi, eləcə də ölkələr arasında sülh sazişinin hazırlanması daxildir.

Son xəbərlər

Orphus sistemi