Rusiya Xarici İşlər Nazirliyi “Şimal axını” qaz kəmərində təxribatla əlaqədar aparılan araşdırma ilə bağlı Almaniya, Danimarka və İsveçin Moskvadakı səfirlərinə etiraz edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bildirib.
XİN-dən qeyd edilib ki, Rusiya mütəxəssisləri araşdırmada iştirak etməzsə, rəsmi Moskva “Şimal axını” qaz kəmərində baş vermiş qəza ilə bağlı istənilən “psevdonəticəli” araşdırmanın nəticələrini tanımayacaq.
Nazirlik qeyd edib ki, ABŞ-ın araşdırmaya cəlb olunmasına dair informasiya yayılıb.
Xatırladaq ki, Rusiyadan Avropaya çəkilən “Şimal axını” və “Şimal axını-2” əsas qaz kəmərində eyni vaxtda üç yerdən sızma olub. Avropa ölkələri Kremlin Aİ-yə qarşı enerji müharibəsinin əsas silahına çevrilmiş sualtı qaz kəmərlərində təxribatdan şübhələnirlər.