“Regionda nəqliyyat əlaqələrinin açılması Rusiya, Türkiyə və İranın xeyrinə olacaq”.
“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Regionda nəqliyyat kommunikasiyalarının açılması məsələsi Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrup tərəfindən diqqətli şəkildə nəzərdən keçirilir. Əminik ki, məhz bu formatda hər bir ölkənin ərazisindən keçən marşrutlar üzərində suverenliyini və yurisdiksiyasını təmin edəcək qarşılıqlı məqbul həll yolu tapıla bilər və tapılmalıdır. Ölkələrin maraqlarının balanslaşdırılmasına əsaslanan belə razılaşmalar həm region dövlətlərinə, həm də qonşularına, o cümlədən Rusiya, Türkiyə və İrana fayda verəcək”, - o vurğulayıb.