“Rusiya tərəfi Azərbaycan Prezidenti İlham Əliyevin MDB-nin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində iştirakına ümid edir”.
“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla ikitərəfli görüşündə deyib.
“Ənənəyə uyğun olaraq, bu ayın sonunda Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclasları və MDB-nin qeyri-rəsmi sammiti keçiriləcək, burada biz əvvəllər olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakına ümid edirik”, - o vurğulayıb.