Rusiya XİN başçısı Çinə səfər edəcək

Rusiya XİN başçısı Çinə səfər edəcək Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 3-də Çinə səfər edəcək.
Region
27 Yanvar , 2022 16:50
Rusiya XİN başçısı Çinə səfər edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 3-də Çinə səfər edəcək.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin informasiya və nəşriyyatı direktorunun müavini Aleksey Zaysev bildirib.

Məlumata görə, o, Çinin xarici işlər naziri Van İ ilə görüşəcək. S.Lavrov çinli həmkarı ilə Rusiya və Çin liderlərinin Zirvə toplantısına hazırlığı müzakirə edəcək.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin fevralın 4-də Pekinə səfəri planlaşdırılıb. O, Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının açılışı mərasiminə qatılacaq, Çin lideri Si Cinpinlə görüşəcək.

Son xəbərlər

Orphus sistemi