“Yaxın vaxtlarda Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə Qarabağ üzrə üçtərəfli işçi qrupunun görüşü keçiriləcək və bu ilin sonunadək Xarici İşlər Nazirliyinin xətti ilə Bakıda təmasların keçirilməsi planlaşdırılır”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
“Rusiya ən yüksək səviyyədə üçtərəfli sazişləri Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinin irəliləyişi hesab edir. Moskva Bakı və İrəvanla bütün istiqamətlərdə, o cümlədən iqtisadi və nəqliyyat əlaqələrinin açılması, münaqişənin həlli prosesinə başlamaq üçün fəal işləməyə davam edir. Bura Azərbaycanla Ermənistan arasında sərhədin müəyyənləşdirilməsi, sülh müqavilələrinin razılaşdırılması da daxildir”, - o bildirib.
XİN sözçüsü əlavə edib ki, Rusiya tərəfi Azərbaycan və Ermənistanın mövqelərinin yaxınlaşması istiqamətində işləri davam etdirir:
“Nəticə verən formatlarda real iş göz qabağındadır. Biz mövcud formatlar üzərində qalırıq. Biz sənədlərin əhəmiyyətini mülki şəxslər və bütövlükdə region hiss edir”.