Rusiya xarici daşıyıcılar üçün ölkədən keçmək haqqını iki dəfə artırıb

Rusiya xarici daşıyıcılar üçün ölkədən keçmək haqqını iki dəfə artırıb Bu barədə Rusiya Nazirlər Kabinetinin saytında yerləşdirilmiş qərarda deyilir
Region
22 Aprel , 2016 09:52
Rusiya xarici daşıyıcılar üçün ölkədən keçmək haqqını iki dəfə artırıb

Bakı. 22 aprel. REPORT.AZ/ Rusiya hökuməti xarici daşıyıcılar üçün ölkə ərazisindən keçmək haqqını iki dəfə artırıb. "Report" xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin saytında yerləşdirilmiş qərarda deyilir.

Yeni qərara əsasən Rusiya ərazisindən sutkalıq istifadə edən xarici daşıyıcılar 350 yox, 850 rubl ödəyəcək. Birdəfəlik illik ödəniş məbləği isə 60 min rubldan 120 min rubla qədər qaldırılıb.

"Bu, federal yol fondunun gəlirlərini artıracaq", - Nazirlər Kabinetinin saytında yerləşdirilmiş qərarda deyilir.

Son xəbərlər

Orphus sistemi