Rusiya vətəndaşlarını Bakıdan bu tarixdə çıxaracaq

Rusiya vətəndaşlarını Bakıdan bu tarixdə çıxaracaq Bakıdan Moskvaya xüsusi çıxarış reysi mayın 18-nə planlaşdırılıb.
Region
15 May , 2020 16:28
Rusiya vətəndaşlarını Bakıdan bu tarixdə çıxaracaq

Bakıdan Moskvaya xüsusi çıxarış reysi mayın 18-nə planlaşdırılıb.

“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Rabitə və Kütləvi Kommunikasiya Nazirliyi tərəfindən 16-25 may tarixləri üçün vətəndaşların xarici ölkələrdən çıxarışı üzrə dərc edilən uçuş cədvəlindən görmək olar.

Ümumiyyətlə, koronavirus pandemiyasının başlanğıcından etibarən Rusiya müxtəlif ölkələrdən 250 mindən çox rusiyalını vətənə qaytarıb, daha 30 min şəxs də bunun üçün müraciət edib.

Son xəbərlər

Orphus sistemi