Rusiya və Türkiyənin kəşfiyyat xidmətlərinin başçıları terrorla mübarizə məsələsini müzakirə ediblər

Rusiya və Türkiyənin kəşfiyyat xidmətlərinin başçıları terrorla mübarizə məsələsini müzakirə ediblər Bakı. 14 may. REPORT.AZ/ Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru Hakan Fidan İstanbulda beynəlxalq terrorizmə qarşı mübarizədə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Region
14 May , 2018 16:45
Rusiya və Türkiyənin kəşfiyyat xidmətlərinin başçıları terrorla mübarizə məsələsini müzakirə ediblər
0 : 00
0 : 00

Bakı. 14 may. REPORT.AZ/ Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru Hakan Fidan İstanbulda beynəlxalq terrorizmə qarşı mübarizədə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) Mətbuat bürosunun rəhbəri Sergey İvanov məlumat verib.

Onun sözlərinə görə, hər iki ölkənin kəşfiyyat xidmətlərinin başçıları beynəlxalq terrorizmə qarşı mübarizədə qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi məsələlərini müzakirə ediblər. Görüşdə həmçinin Yaxın Şərqdəki vəziyyətlə, eləcə də Rusiya-Türkiyə ikitərəfli münasibətlərinin bir sıra aspektləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi