Rusiya ilə Türkiyənin XİN başçıları və müdafiə nazirlərinin görüşü sabah "2+2" formatında keçiriləcək

Rusiya ilə Türkiyənin XİN başçıları və müdafiə nazirlərinin görüşü sabah "2+2" formatında keçiriləcək Bakı. 28 dekabr. REPORT.AZ/ Rusiya ilə Türkiyənin xarici işlər və müdafiə nazirlərinin görüşü dekabrın 29-da Moskvada 2+2 formatında keçiriləcək.
Region
28 Dekabr , 2018 11:50
Rusiya ilə Türkiyənin XİN başçıları və müdafiə nazirlərinin görüşü sabah 2+2 formatında keçiriləcək
0 : 00
0 : 00

Bakı. 28 dekabr. REPORT.AZ/ "Rusiya ilə Türkiyənin xarici işlər və müdafiə nazirlərinin görüşü dekabrın 29-da Moskvada "2+2" formatında keçiriləcək".

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib.

"Türkiyənin nümayəndə heyəti dekabrın 29-da Moskvaya gələcək, XİN başçıları və müdafiə nazirləri arasında danışıqlar keçiriləcək", - o deyib.

Türkiyənin Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik isə bildirib ki, nümayəndə heyətinin tərkibinə Türkiyə liderinin rəsmi nümayəndəsi İbrahim Kalın, xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar və Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan daxil olacaq.

Xatırladaq ki, daha əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Rusiyaya səfər etmək niyyətində olduğu bildirilirdi.

Son xəbərlər

Orphus sistemi