​Rusiya və Türkiyə prezidentləri Suriya məsələsini geniş formatda müzakirə edəcək

​Rusiya və Türkiyə prezidentləri Suriya məsələsini geniş formatda müzakirə edəcək Prezidentlərə XİN rəhbərləri və xüsusi xidmət orqanı nümayəndələri də qoşulacaq
Region
9 Avqust , 2016 19:58
​Rusiya və Türkiyə prezidentləri Suriya məsələsini geniş formatda müzakirə edəcək

Bakı. 9 avqust. REPORT.AZ/ Rusiyanın və Türkiyənin Suriya məsələsi üzrə mövqeyi həmişə üst-üstə düşüb. Lakin iki ölkə prezidenti informasiya mübadiləsi və bu istiqamətdə məsələlərin həlli üçün iki ölkənin xüsusi xidmət orqanı nümayəndələrinin iştirakı ilə keçiriləcək ayrıca görüş haqqında razılığa gəliblər.

"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirilən görüşün nəticələrinə həsr edilmiş mətbuat konfransında Rusiya dövlət başçısı Vladimir Putin deyib.

"Suriya məsələsinin nizama salınmasında bizim baxışlarımız bəzən üst-üstə düşməyib. Biz qərara gəldik ki, XİN rəhbərləri və xüsusi xidmət orqanı nümayəndələri ilə ayrıca görüşüb informasiya mübadiləsi aparaq və birgə çıxış yolları axtaraq", - V.Putin deyib. 

Son xəbərlər

Orphus sistemi