Rusiya və İran XİN başçıları Ukraynadakı vəziyyəti müzakirə ediblər

Rusiya və İran XİN başçıları Ukraynadakı vəziyyəti müzakirə ediblər Rusiyanın xarici işlər naziri Sergey Lavrov martın 15-də Moskvada İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla görüşüb.
Region
15 Mart , 2022 13:43
Rusiya və İran XİN başçıları Ukraynadakı vəziyyəti müzakirə ediblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov martın 15-də Moskvada İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla görüşüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian məlumat verib.

Bildirilib ki, nazirlər ikitərəfli əlaqələri, İranın nüvə proqramı ilə bağlı danışıqları və Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Sergey Lavrov vurğulayıb ki, iki ölkə arasında tərəfdaşlığın yeni keyfiyyət halına keçməsi üçün sənədlər hazırlanır: “Əməkdaşlığımızı yeni keyfiyyətdə qurmaq üçün biz yeni vacib sənədlər hazırlayırıq”.

Rusiya XİN başçısı İranın Ukrayna ilə bağlı mövqeyini də obyektiv adlandırıb: “Biz dialoqumuzu və Ukraynada baş verənlərlə bağlı obyektiv mövqeyinizi yüksək qiymətləndiririk”.

H.Ə.Abdullahian isə bildirib ki, beynəlxalq arenada nəyin baş verməsindən asılı olmayaraq, qonşu ölkə olan Rusiya ilə münasibətlərin inkişafı rəsmi Tehran üçün vacib əhəmiyyət kəsb edir.

Son xəbərlər

Orphus sistemi