İran nazirinin sözlərinə görə, bu Həştərxanda sammitdə Xəzəryanı dövlət başçılarının əldə etdikləri razılaşmaların məntiqi davamı ola bilər.
"Mən beş Xəzəryanı dövlətlər çərçivəsində əməkdaşlığımızı inkişaf etdirməyi təklif edirəm. Bu beştərəfli əməkdaşlıq, Xəzər dənizinin çirklənmə məsələləri, böhran vəziyyətlərdə idarə üzrə birgə təlimlər məsələləri ilə məşğul olacaq əlahiddə struktur olmalıdır" - nazir təklif edib.
Vahid struktur qarşısında qoyulacaq ilk məsələlərdən biri - iştirakçı ölkələrin fövqəladə xidmətlərinə öz tərəfdaşlarına yardım göstərməyə imkan verəcək dövlətlərarası normativ aktların hazırlanması olacaq.