Rusiya və İran XİN başçıları Xəzər sammitinə hazırlıq işlərini müzakirə ediblər

Rusiya və İran XİN başçıları Xəzər sammitinə hazırlıq işlərini müzakirə ediblər Telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub
Region
2 Mart , 2018 11:35
Rusiya və İran XİN başçıları Xəzər sammitinə hazırlıq işlərini müzakirə ediblər

Bakı. 2 mart. REPORT.AZ/ Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrov ilə Məhəmməd Cavad Zərif arasında martın 1-də telefon danışığı baş tutub.

"Report" Rusiya Xarici İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirlər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər, beynəlxalq və regional gündəliyin bir sıra aktual məsələlərinə, o cümlədən Yaxın Şərqdəki vəziyyətə və V Xəzər sammitinə hazırlıq işlərinə dair fikir mübadiləsi aparıblar.

Telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub.

Son xəbərlər

Orphus sistemi