Rusiya Ukrayna ərazisinə kütləvi raket zərbələri endirib, yaralananlar var - YENİLƏNİB
- 29 dekabr, 2022
- 08:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiya ordusunun Ukraynanın Kiyev vilayətinə raket zərbələri endirməsi nəticəsində 3 mülki şəxs yaralanıb.
“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Kiyev şəhərinin meri Vitali Kliçko bildirib.
Onun sözlərinə görə, yaralılar xəstəxanaya yerləşdirilib.
Mer deyib ki, xilasedicilər ərazidə axtarış-xilasetmə işlərini davam etdirirlər. Bundan başqa, Kiyevdə su və elektrik enerjisi kəsilib.
Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyakın sözlərinə görə, bu gün səhər saatlarından etibarən Ukraynaya 120 raket atılıb.
10:35
Dekabrın 29-da səhər saatlarında Rusiya ordusu Ukraynanın müxtəlif vilayətlərinə kütləvi raket zərbələri endirib.
“Report” UNIAN-a istinadən xəbər verir ki, Nikolayev, Kiyev, Sumı, Jitomir və Çerniqov vilayətlərinə raketlər atılıb.
Sözügedən ərazilərdə ard-arda partlayış səsləri eşidilir.
Ərazilərdə hava hücumundan müdafiə sistemləri işə düşüb.