Rusiya Ukraynanın Lvov şəhərini raket atəşinə tutub

Rusiya Ukraynanın Lvov şəhərini raket atəşinə tutub Ukraynaın qərbində yerləşən Lvov şəhərinin bir neçə rayonunu Rusiya raket atəşinə tutub
Region
18 Mart , 2022 10:40
Rusiya Ukraynanın Lvov şəhərini raket atəşinə tutub

Rusiya Ukraynanın qərbində yerləşən Lvov şəhərinin bir neçə rayonunu raket atəşinə tutub.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Lvovun meri Andriy Sadovı bildirib.

O raket atəşinə tutulan ünvanları dəqiq deyə bilməyəcəyini vurğulayıb. Mer əlavə edib ki, hava limanının atəşə tutulmadığını isə dəqiq bilir. Raket atəşi nəticəsində itkilər və dəyən ziyan dəqiqləşdirilir.

İlkin məlumatlara görə, Lvovda Qara dənizdən 6 qanadlı raket - ehtimal ki, X-555 - atılıb. Bildirilib ki, iki raket “Zapad” hava komandanlığının zenit-raket qüvvələri tərəfindən məhv edilib.

Xatırladaq ki, Ukraynanın şərqində gedən döyüşlərdən qaçan mülki əhali ölkənin qərb bölgəsinə, o cümlədən Lvova sığınır.

Son xəbərlər

Orphus sistemi