Rusiya, Ukrayna və Türkiyə nümayəndələri İstanbulda "Taxıl sazişi"ni müzakirə edəcəklər
Region
- 03 may, 2023
- 06:06
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiya və Ukrayna müdafiə nazirlərinin müavinləri mayın 5-də İstanbula gedəcəklər.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, onlar Türkiyə müdafiə nazirinin müavininin vasitəçiliyi ilə görüşəcəklər.
Tərəflərin “Taxıl sazişi”nin perspektivini müzakirə edəcəkləri bildirilib.
Xatırladaq ki, ötən il iyulun 22-də İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antoniu Quterreşin iştirakı ilə Ukrayna limanlarından taxılın təhlükəsiz daşınmasına dair saziş imzalanıb. Sənədi Ukrayna, Rusiya, BMT və Türkiyə nümayəndələri imzalayıblar.
Bu ilin mart ayında “Taxıl sazişi”nin müddəti növbəti dəfə iki ay uzadılıb.
Son xəbərlər
15:59
Con Spenser: 44 günlük müharibə zamanı dezinformasiya əməliyyatları mühüm rol oynayıb
Qarabağ
15:55
Bakı metrosunun nizamnamə kapitalı 30 %-dən çox artırılır - Eksklüziv
Maliyyə
15:50
"Azercell"in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İKT
15:49
Foto
Xocalı sakini: Maldarlıq təsərrüfatının qurulması üçün cins mal-qara ilə təmin edilmişik
Sosial müdafiə
15:47
"Vikinq"in baş məşqçisi Aarsheym: "Bizi "Sabah"a qarşı maraqlı və gərgin oyun gözləyir"
Futbol
15:46
ABŞ-dən olan hərbi ekspert Azərbaycan Prezidentinin 44 günlük müharibədəki rolunu qiymətləndirib
Xarici siyasət
15:46
IATA: Təyyarə yanacağının bahalaşması hava nəqliyyatı ilə yükdaşımaların gəlirliliyinə təhlükə yaradır
İnfrastruktur
15:39
Foto
Buxarestdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Xarici siyasət
15:38
Ermənistan Çindəki səfirliyinə hərbi attaşe təyin edib
Region