O, Türkiyənin bəzi məsul şəxslərinin Rusiya ilə deyil, məhz Azərbaycanla enerji sahəsində əməkdaşlığını prioritet sayması barədə məsələni şərh edib: "Hazırda qarşımızda çoxsaylı texniki parametrlərin "Qazprom" və iki ölkənin Energetika nazirliklləri arasında işlənəsi məsələlər durur. Ümumi kontekstə gəldikdə, hər bir ölkə özü üçün prioritet layihələri seçir. Lakin prezident və baş nazir qismində Türkiyə rəhbərliyi enerji sahəsində Rusiya Federasiyası ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu təsdiqləyib".
"Biz şübhə etmirik ki, layihə iki ölkənin maraqları əsasında həyata keçiriləcək, eyni zamanda Avropa istehlakçılarının maraqlarının nəzərə alınması ilə enerji axınlarının diversifikasiyası baş verəcək", - A. Lukaşeviç vurğulayıb.