​Rusiya Türkiyə vətəndaşlarına qarşı daha bir məhdudiyyət tətbiq edib

​Rusiya Türkiyə vətəndaşlarına qarşı daha bir məhdudiyyət tətbiq edib Məhdudiyyət aprelin ortalarından qüvvəyə minib
Region
18 Aprel , 2016 10:51
​Rusiya Türkiyə vətəndaşlarına qarşı daha bir məhdudiyyət tətbiq edib

Bakı. 18 aprel. REPORT.AZ/ Rusiya xüsusi və xidməti pasportları olan Türkiyə vətəndaşlarına viza rejimi tətbiq edib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, Rusiyanın tətbiq etdiyi yeni qaydalar aprelin ortalarından qüvvəyə minib.

Müvəqqəti və ya daimi yaşamaq icazəsi olan Türkiyə vətəndaşları isə Rusiyaya vizasız səyahət edə biləcək.

Qeyd edək ki, Rusiya bu ilin yanvarın 1-dən etibarən ümumi pasportu olan Türkiyə vətəndaşlarına viza rejimi tətbiq edib. Xüsusi və xidmət pasportları olanlara isə bu rejimi aprelin ortalarından tətbiq etməyə başlayıb. 

Son xəbərlər

Orphus sistemi