Rusiya tezliklə düşmən ölkələrin siyahısını açıqlayacaq

Rusiya tezliklə düşmən ölkələrin siyahısını açıqlayacaq Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirib ki, Rusiya tezliklə düşmən ölkələrin siyahısını təqdim edəcək
Region
182
28 Aprel , 2021 06:08
Rusiya tezliklə düşmən ölkələrin siyahısını açıqlayacaq

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirib ki, Rusiya tezliklə düşmən ölkələrin siyahısını təqdim edəcək.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

Rusiyanın xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə, buna az vaxt qalıb.

"Mən düşünürəm ki, (siyahı-red) tezliklə (açıqlanacaq-red). Hökumətə konkret tapşırıqlar verilib, bizim bu işdə rəhbər tutduğumuz meyarlar aydındır. Ona görə də, düşünürəm ki, gözləmək üçün az vaxt qalıb", - Lavrov deyib.

Daha əvvəl Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da bildirib ki, Rusiyaya düşmən dövlətlərin siyahısı hazırlanır. Bu siyahıya Birləşmiş Ştatlarin adının daxil olması dəqiqdir.

Adları siyahıya salınmış düşmən ölkələrə Rusiya vətəndaşlarını diplomatik nümayəndəlikdə işə götürmək qadağan ediləcək.

Qeyd edək ki, aprelin 23-də Rusiya prezidenti Vladimir Putin xarici ölkələrin düşmənçilik hərəkətlərinə qarşı tədbirlərinin tətbiqi barədə fərman imzalayıb.

Son xəbərlər

Orphus sistemi