Bakı. 29 dekabr. REPORT.AZ/ Rusiyanın qəzaya uğrayan “Tu-154” təyyarəsinin üçüncü “qara qutu”su dağılaraq yararsız hala düşüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
“Üçüncü “qara qutu”dan yalnız lent aşkar edilib. Bu isə onun dağılıb, məhv olması deməkdir”, - deyə məlumatda vurğulanıb.
İnformasiyaya əsasən, aşkaralanarq, Qara dənizin dibindən çıxarılan digər iki “qara qutu” normal vəziyyətdədir. Onların oxunması Moskvada həyata keçiriləcək.
Məlumata görə, qəza baş verən yerdə axtarış-xilasetmə əməliyyatının əsas mərhələsi başa çatıb. Xilasedicilər indiyədək 19 meyiti dənizin dibindən çıxarıblar.
Qeyd edək ki, qutulardan biri dekabrın 27-da, o biri isə dekabrln 28-də aşkar edilərək, sudan çıxarılıb.
Xatırladaq ki, dekabrın 25-də səhər saatlarında Suriya istiqamətində gedən Rusiya Müdafiə Nazirliyinə məxsus "Tu-154" təyyarəsi Qara dənizin üzərindən uçarkən qəzaya uğrayıb. Nazirliyin məlumatına görə, təyyarənin göyərtəsində 92 nəfər - 8 ekipaj üzvü və 84 sərnişin olub.