Rusiya ordusu Kiyevə raket zərbələri endirib

Rusiya ordusu Kiyevə raket zərbələri endirib Sentyabrın 2-i gecə Rusiya Silahlı Qüvvələri Ukraynada paytaxt Kiyevə raket zərbələri endirib.
Region
2 Sentyabr , 2024 13:41
Rusiya ordusu Kiyevə raket zərbələri endirib

Sentyabrın 2-i gecə Rusiya Silahlı Qüvvələri Ukraynada paytaxt Kiyevə raket zərbələri endirib.

Kiyev hərbi administrasiyasının sözçüsü Mixail Şamanov "Report"un Şərqi Avropa bürosuna bildirib ki, ümumilikdə Rusiya ordusu tərəfindən son sutkada paytaxta 10 qanadlı, 10-a qədər isə ballistik və xeyli dron hücumları olub.

"Onların böyük əksəriyyəti hava hücumlarından müdafiə qüvvələrimiz tərəfindən zərərsizləşdirilib. Svyatoşonski rayonunda 4 avtomobil yanıb. Qolosevskiy, Şevçenkovskiy, Podolskiy və Obolon rayonlarında isə qeyri-yaşayış obyektlərində dağıntılar var. Son məlumata görə, ümumilikdə 4 nəfər mülki şəxs ağır yaralanıb”, - M. Şamanov əlavə edib.

Son xəbərlər

Orphus sistemi