Rusiya səmasında Britaniyanın kəşfiyyat təyyarəsi aşkarlanıb
Region
- 16 avqust, 2022
- 00:53
Rusiya səmasında Britaniyanın kəşfiyyat təyyarəsi aşkarlanıb.
“Report” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, Böyük Britaniyanın elektron kəşfiyyat və elektron mübarizə təyyarəsi (EW) Rusiyanın dövlət sərhədini pozub.
"Hava Hücumundan Müdafiə Qoşunları Barents dənizi üzərində Rusiya Federasiyasının dövlət sərhədinə doğru hərəkət edən naməlum hədəfi aşkar edib. Dövlət sərhədinin pozulmasının qarşısını almaq üçün hava hücumundan müdafiə qüvvələri MiQ-31BM qırıcısını qaldırıb. Onun Britaniyanın RC-135 BBC Böyük radiokəşfiyyat və elektron müharibə təyyarəsi olduğunu müəyyən edib”, - məlumatda deyilir.
Kəşfiyyat təyyarəsi Rusiya qırıcısının ekipajının hərəkətləri ilə ölkə ərazisindən çıxarılıb.
Son xəbərlər
12:40
Qaradağda sərnişindaşıma adı altında narkokuryerlik edən şəxslər saxlanılıb
Digər12:38
Ötən həftə 838 hektardan çox ərazi minalardan təmizlənib
Daxili siyasət12:38
İsrailin Bakıdakı səfirliyi Hanuka bayramı münasibətilə təbrik yayıb
Xarici siyasət12:37
Separatizmə qarşı reydlər - Paşinyan reallığı qəbul edir- ŞƏRH
Analitika12:36
Foto
UniDestin Təhsil Mərkəzi Yeni ilə özəl bayram endirimləri elan edib
Elm və təhsil12:34
"Qarabağ"ın baş məşqçisi: "Karyeramın sonuna qədər Azərbaycanda çalışmağa hazıram"
Futbol12:33
Hakan Fidan: Türkiyə diplomatiyası zaman və məsafə tanımır
Region12:27
Sabah Bakı və Abşerona arabir yağış, rayonlara isə qar yağacaq
Ekologiya12:23