Rusiya səfiri Bosniya və Herseqovinanı Ukrayna nümunəsi ilə hədələyib

Rusiya səfiri Bosniya və Herseqovinanı Ukrayna nümunəsi ilə hədələyib Rusiyanın Bosniya və Herseqovinadakı (BvH) səfiri İqor Kalabuxov Balkan ölkəsini NATO-ya qoşulacağı təqdirdə Ukrayna nümunəsi ilə hədələyib
Region
17 Mart , 2022 15:50
Rusiya səfiri Bosniya və Herseqovinanı Ukrayna nümunəsi ilə hədələyib

Rusiyanın Bosniya və Herseqovinadakı (BvH) səfiri İqor Kalabuxov Balkan ölkəsini NATO-ya qoşulacağı təqdirdə Ukrayna nümunəsi ilə hədələyib.

“Report” xəbər verir ki, bu barədə diplomat yerli “Federalna” telekanalına müsahibəsində danışıb.

“Əgər o, nəyinsə (NATO nəzərdə tutulur – “Report”) üzvü olmaq istəyirsə, bu onun daxili işidir. Lakin başqa məsələ bizim buna reaksiyamızdır. Ukrayna nümunəsində gözləntilərimizi göstərmişik. Təhdid olarsa, reaksiya göstərəcəyik”, - o bildirib.

Səfir “hansısa fantaziya, hansısa reallıqda BvH-nin NATO-ya üzv olacağını” düşünmədiyini vurğulayıb:

“Çünki ölkədə konsensus mövcud deyil. BvH belə şəraitdə qərar vermək asan olmayacaq”.

Onun sözlərinə görə, Rusiyanın BvH ilə əlaqədar hər hansısa planı yoxdur və rəsmi Moskva “strateji və geosiyasi vəziyyəti təhlil edərək” reaksiya verəcək.

Qeyd edək ki, konfederativ dövlət ayrı-ayrı fəaliyyət göstərən Bosniya və Herseqovina Federasiyası, Serb Respublikası və Brçko dairəsindən ibarətdir. Rəsmi Moskvanın istər rəsmi, istərsə də qeyri-rəsmi platformalarda oradakı serb millətçi dairələri dəstəkləməsi, Bosniya və Herseqovinanın Aİ və NATO-ya inteqrasiyasına mane olması sirr deyil.

Son xəbərlər

Orphus sistemi