Rusiya qoşunları Xarkovdan geri çəkilir

Rusiya qoşunları Xarkovdan geri çəkilir Rusiya qoşunlarıXarkov şəhərindən geri çəkilir və Ukrayna hərbçilərinin İzyum yaxınlığında onların qrupunun arxasına keçməsinin qarşısını almağa çalışır.
Region
13 May , 2022 23:35
Rusiya qoşunları Xarkovdan geri çəkilir

Rusiya qoşunları Ukraynanın Xarkov şəhərindən geri çəkilir.

Bu barədə “Report” Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının xülasəsinə istinadən xəbər verir.

Qeyd edilir ki, Rusiya qoşunları bu istiqamətdə Ukrayna Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmağı intensivləşdirib.

“Düşmən Slobojansk istiqamətində əsas səylərini Xarkov şəhərindən öz bölmələrinin çıxarılmasına yönəldib”, - məlumatda deyilir.

Bundan əlavə, Rusiya qoşunları Ukrayna Müdafiə Qüvvələri bölmələrinin İzyum yaxınlığında öz qrupunun arxasına keçməsinin qarşısını almağa çalışır: “Düşmən Petrovka, Pitomnik, Russki Tişki və Ternovoye yaşayış məntəqələri rayonlarında Ukrayna Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmağı intensivləşdirib.

Son xəbərlər

Orphus sistemi