Rusiya Prezidenti Vladimir Putin Özbəkistanda səfərdədir

Rusiya Prezidenti Vladimir Putin Özbəkistanda səfərdədir Rusiya Prezidenti Vladimir Putin Özbəkistanın paytaxtı Daşkəndi ikigünlük səfərə gəlib.
Region
26 May , 2024 19:29
Rusiya Prezidenti Vladimir Putin Özbəkistanda səfərdədir

Rusiya Prezidenti Vladimir Putin Özbəkistanın paytaxtı Daşkəndi ikigünlük səfərə gəlib.

“Report” TASS-a istinadən xəbər verir ki, burada o, özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə danışıqlar aparacaq.

Əsas proqram sabaha nəzərdə tutulub. Hər iki dövlət başçıları Rusiya-Özbəkistan münasibətlərinin vəziyyətini və gələcək inkişaf perspektivlərini müzakirə edəcək, aktual regional problemlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Putin və Mirziyoyev Rusiya və Özbəkistan Regionlar Şurasının ilk iclasında da iştirak edəcəklər. Bundan başqa, səfər zamanı bir sıra birgə sənədlər imzalanacaq.

Agentlik qeyd edib ki, bu, Putinin yeni prezidentlik müddəti başlayandan bəri üçüncü xaricə səfəridir (inauqurasiya mayın 7-də baş tutub). Özbəkistana səfər dövlət səfəri statusuna malikdir (yəni ən yüksək diplomatik səviyyədir).

Son xəbərlər

Orphus sistemi