Rusiya prezidenti: "Qələbə uğrunda müxtəlif millətlərin nümayəndələri vuruşublar"

Rusiya prezidenti: "Qələbə uğrunda müxtəlif millətlərin nümayəndələri vuruşublar" “Düz 75 il bundan əvvəl, iyun ayının 24-də burada, Kreml qala divarlarının dibində əfsanəvi qaliblər paradı keçirilib. Bu parad tarixdə zəfər nişanəsi kimi qaldı. O müharibədən geri qayıtmayanları bu gün ehtiramla yad edir, xatirələri qarşısında təzim edirik”.
Region
24 İyun , 2020 13:18
Rusiya prezidenti: Qələbə uğrunda müxtəlif millətlərin nümayəndələri vuruşublar

“Düz 75 il bundan əvvəl, iyun ayının 24-də burada, Kreml qala divarlarının dibində əfsanəvi qaliblər paradı keçirilib. Bu parad tarixdə zəfər nişanəsi kimi qaldı. O müharibədən geri qayıtmayanları bu gün ehtiramla yad edir, xatirələri qarşısında təzim edirik”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Moskva şəhərində keçirilən Qələbə paradında çıxış edən Rusiya Prezidenti Vladimir Putin bildirib.

“Nasizmə məhz Sovet xalqının qalib gəldiyini heç vaxt unutmayacağıq. Sovet İttifaqının bütün respublikalarında müxtəlif millətlərin nümayəndələri olan milyonlarla insan igidliklə vuruşub, birgə çalışıblar. Qızıl Ordu dünyanın müdafiəsinə qalxmasaydı, nələr ola biləcəyini təsəvvür etmək çətindir. Qızıl Ordunun döyüşçüləri bu Qələbə uğrunda canlarından keçiblər və bizim borcumuz da bunu unutmamaqdır”, – o deyib.

“Müharibə veteranlarının qəhrəmanlığı daim xatirələrdə qalacaq, bunun üçün əlimizdən gələni əsirgəməyəcəyik. Nasizmə qalib gələnlərə eşq olsun! Vətən müharibəsinin qəhrəmanlarına eşq olsun!”, – Rusiya lideri fikrini tamamlayıb.

Son xəbərlər

Orphus sistemi