Rusiya Prezidenti həlak olmuş nazirə "Rusiya Qəhrəmanı" adı verib

Rusiya Prezidenti həlak olmuş nazirə "Rusiya Qəhrəmanı" adı verib Rusiya Prezidenti Vladimir Putin dünən təlimlər zamanı həlak olmuş fövqəladə hallar naziri, ordu generalı Yevgeni Ziniçevə ad verib.
Region
9 Sentyabr , 2021 10:40
Rusiya Prezidenti həlak olmuş nazirə Rusiya Qəhrəmanı adı verib
Yevgeni Ziniçev

Rusiya Prezidenti Vladimir Putin dünən təlimlər zamanı həlak olmuş fövqəladə hallar naziri, ordu generalı Yevgeni Ziniçevə ad verib.

"Report" xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat verilib.

Bildirilib ki, Yevgeni Ziniçev ölümündən sonra "Rusiya Qəhrəmanı" adına layiq görülüb.

Qeyd edək ki, Y.Ziniçev Norilskdə keçirilən təlimlər zamanı tanınmış kinorejissor A.Melniki xilas etməyə çalışarkən həlak olub.

Son xəbərlər

Orphus sistemi