Rusiya prezidenti Ankaraya gedib

Rusiya prezidenti Ankaraya gedib Rusiya prezidenti Vladimir Putin Türkiyə, İran, Rusiya arasında Suriyadakı münaqişəyə dair üçtərəfli zirvə görüşündə iştirak etmək üçün Ankaraya gedib.
Region
16 Sentyabr , 2019 15:30
Rusiya prezidenti Ankaraya gedib

Rusiya prezidenti Vladimir Putin Türkiyə, İran, Rusiya arasında Suriyadakı münaqişəyə dair üçtərəfli zirvə görüşündə iştirak etmək üçün Ankaraya gedib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, əsas diqqətin Suriyanın şimal-qərbindəki İdlib bölgəsində gərginliyi azaltmağa yönələcəyi danışıqlardan sonra Astana prosesinin zəmanətçi ölkələrinin liderləri birgə bəyanat yayaraq jurnalistlərlə də görüşəcəklər.

Həmçinin sammit çərçivəsində ikitərəfli görüşlər də nəzərdə tutulur.

Bundan əvvəl sammit ərəfəsində Türkiyə və İran prezidentləri - Rəcəb Tayyib Ərdoğanla Həsən Ruhani arasında bu səpgili ikitərəfli danışıqların keçirildiyi bildirilmişdi.

İngilis versiyası Putin arrives in Turkey
Orphus sistemi