Kremlin sözçüsü: "Putinin peyvənd olunmasından xəbərsizəm"

Kremlin sözçüsü: "Putinin peyvənd olunmasından xəbərsizəm" “Prezidentin qripə qarşı peyvəndə olmasından məlumatsızam, bütün hallarda, yəqin, təmaslara görə özünütəcriddədir”.
Region
16 Sentyabr , 2021 13:36
Kremlin sözçüsü: Putinin peyvənd olunmasından xəbərsizəm

“Prezidentin qripə qarşı peyvəndə olmasından məlumatsızam, bütün hallarda, yəqin, təmaslara görə özünütəcriddədir”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov sentyabrın 16-da dövlət başçısının özünü təcriddən sonrakı vəziyyəti barədə jurnalistlərə müsahibəsində bildirib.

Onun sözlərinə görə, həkimlər qabaqlayıcı tədbirləri görürlər.

Qeyd edək ki, Vladirmi Putin ətrafı koronavirusa yoluxduğu üçün özünütəcrid rejimində fəaliyyətinin davam etdirir.

İyunun 30-da onun Rusiya istehsalı olan “Sputnik V” vaksinin ilə peyvənd olunduğuna dair məlumat yayılmışdı.

“Daha uzun müddətə müdafiə olunmağım üçün “Sputnik V” ilə vaksinasiyaya qərar verdim. Silahlı Qüvvələrimiz “Sputnik V” ilə peyvənd olunub. Mən də ali baş komandanam.Ona görə bu vaksinlə peyvənd olunacam”, Vladimir Putin bildirmişdi.

Xatırladaq ki, Vladimir Putinin COVID-19-a qarşı peyvənd olunmasına dair foto yayılmayıb.

Son xəbərlər

Orphus sistemi