Rusiya ordusu Zaporojyeyə raket zərbələri endirib, 4 nəfər ölüb, 8-i yaralanıb - YENİLƏNİB

Rusiya ordusu Zaporojyeyə raket zərbələri endirib, 4 nəfər ölüb, 8-i yaralanıb - YENİLƏNİB Rusiya Silahlı Qüvvələri Ukraynanı bu gecə raket atəşinə tutub, ən çox dağıntılar Zaporojye şəhərində qeydə alınıb.
Region
2 Mart , 2023 13:18
Rusiya ordusu Zaporojyeyə raket zərbələri endirib, 4 nəfər ölüb, 8-i yaralanıb - YENİLƏNİB

Rusiya Silahlı Qüvvələrinin Zaporojyeyə raket hücumu nəticəsində 4 nəfər həlak olub, 8 nəfər yaralanıb.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğundan bildirilib.

Qeyd olunub ki, hücum nəticəsində 5 nəfər də itkin düşüb.

10:54

Rusiya ordusu ötən gecə Ukrayna ərazisini raket atəşinə tutub.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqramda yazıb.

    Onun sözlərinə görə, ən çox dağıntılar Zaporojye şəhərində qeydə alınıb.

    Dövlət başçısı bildirib ki, gecə saatlarında şəhərin mərkəzindəki hündürmərtəbəli bina raketlə vurulub və binanın yuxarı mərtəbələri dağılıb: "Təəssüf ki, raket hücumu nəticəsində ölənlər və yaralananlar var. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Terrorçu dövlət xalqımızı hər gün terrora məruz qoymaq istəyir, lakin bizim torpaqlarımızda pislik hökm sürməyəcək. Biz bütün işğalçıları qovacağıq və onlar hər bir əməllərinə görə mütləq cavab verəcəklər".

    Son xəbərlər

    Orphus sistemi