Rusiya ordusu Xersonu bombalayıb, 2 mülki şəxs həlak olub

Region
  • 20 may, 2023
  • 08:40
Rusiya ordusu Xersonu bombalayıb, 2 mülki şəxs həlak olub

Rusiya Hərbi Hava Qüvvələri mayın 20-də səhər saatlarında Ukraynanın Xerson vilayətindəki yaşayış məntəqələrinə aviazərbələr endirib.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Vilayətin Berislav rayonunun bombalanması nəticəsində 2 mülki şəxs ölüb, 1 nəfər yaralanıb. Həmçinin mülki infrastruktura ziyan dəyib.